“Suveren Gənclik: Hüquq və Məsuliyyət” konfransı
22 sentyabr
2025

“Suveren Gənclik: Hüquq və Məsuliyyət” konfransı

A6+A7Konfrans

22 sentyabr 2025-ci il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin tərəfdaşlığı və Gənclər Fondunun dəstəyi ilə “Suveren Gənclik: Hüquq və Məsuliyyət” adlı konfrans keçirilib.

Tədbirin mahiyyəti gəncləri vətandaşlıq və hüquq məsələləri barədə məlumatlandırmaq, onların cəmiyyət qarşısında məsuliyyətlərini dərk etmələrini təmin etmək və “Konstitusiya və Suverenlik İli” çərçivəsində fikir mübadiləsini təşviq etməkdən ibarət idi.

Rəsmi çıxışlardan sonra "Suveren Gənclik: Hüquqi Maariflənmə və Ictimai Məsuliyyət" adlı paneldə gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.