The Ritz-Carlton, Baku lüks rahatlıq Azərbaycan üslubu ilə qovuşur. Şəhərin ən geniş otaqları, zərif suitlər və komfortlu apartamentlər orijinal dizaynı və milli üslubdan ilhamlanan incə detallar ilə qonaqlara həm zövq, həm də unudulmaz təcrübə bəxş edir.
Bakı sahili boyu uzanan və şəhərin əsas görməli yerlərinin yaxınlığında yerləşən "Boulevard Hotel Baku" sizə 818 rahat nömrə və lüks otaqlar təklif edir.
Landmark Hotel Baku şəhərin mərkəzində yerləşən və Xəzər dənizinə 10 dəqiqəlik piyada məsafədə yerləşən 5 ulduzlu qəşəng çoxfunksiyalı kompleksdir. Bakı şəhərin əsrarəngiz gecə məzərələrini seyr etməyə imkan verən panoram pəncərələrlə təchiz olunmuş bol təbii işıqlı geniş otaqlar.
Dəniz mənzərəsindən daha romantik bir şey yoxdur. Otağınızın eyvanına addım atdıqda qarşınızda gözəl bir mənzərə açılır – sağ tərəfdə Bayraq Meydanı, üfüq boyu uzanan Bakı buxtası, solda Bakı limanı, qarşınızda isə Xəzərin göydə ulduz kimi parıldayan, insanda sakitlik və ilham yaradan mavi suları.
Dəbdəbəli "MARRİOTT ABSHERON BAKU" oteli Bakı şəhərinin mərkəzində, Bakı bulvarının yaxınlığında, Azadlıq meydanında yerləşir. Oteldə Xəzər dənizinə və Bakının şəhər mərkəzinə baxan 243 otaq var.
www.marriott.com/absheron-baku
Şəhərin biznes və əyləncə mərkəzində yerləşən"Park Inn" by Radisson Baku oteli qonaqlara Xəzər dənizinə panoramik mənzərə təklif edir. Otel Heydər Əliyev adına Beynəlxalq Hava Limanından miniklə 25 dəqiqəlik məsafədə yerləşir.
www.radissonhotels.com/park-inn-baku
Azərbaycan paytaxtında, unikal memarlığı ilə seçilən "Flame Towers" kompleksində yerləşən “FAİRMONT BAKU” oteli geniş “Fairmont Raffles Hotels International" şəbəkəsinin bir hissəsidir.
“HYATT REGENCY BAKU” oteli Bakı şəhərinin mərkəzində qəşəng səkkiz mərtəbəli binada yerləşir. O, paytaxtın şəhər və ticarət mərkəzindən miniklə on dəqiqəlik, hökumət idarələrindən və "HYATT" Beynəlxalq Mərkəzindən isə beş dəqiqəlik məsafədədir.
Beş ulduzlu “HİLTON BAKU” oteli Bakı şəhərinin biznes və əyləncə rayonunun tam mərkəzində, ən böyük alış-veriş mərkəzinin yaxınlığında, biznes mərkəzindən və Hökumət Evindən bir neçə dəqiqəlik, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından isə 25 km-lik məsafədə yerləşir. Otel yüksək səviyyəli xidmət, xoş istirahət, müxtəlif növ bar və restoranlar, spa mərkəzləri təklif edir.
Yeni tikilmiş "Holiday Inn" gözəl bir yerdə, şəhərin ən böyük layihəsi olan “Port Baku”-un yaxınlığında yerləşir. Olduqca rahat məkanda yerləşən otel Hava Limanından cəmi 25 km-lik məsafədədir. Otel özündə həm iş adamları, həm də turistlər üçün mükəmməl xidmət çeşidlərini ehtiva edir.
"Excelsior Hotel Baku" sizin diqqətinizə layiq gözəl, dəbdəbəli beş ulduzlu bir oteldir. O, özündə ənənə və yeniliyi, müasir dəbdəbə və qədimliyi ehtiva edir. Otelin dizaynı klassik və müasir memarlıq elementlərinin vəhdətindən ibarətdir. Şəhər mərkəzinin yaxınlığında yerləşən "Excelsior Hotel" biznes, ticarət və əyləncə mərkəzlərinə sürətli çatma imkanını təmin edir, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı isə oteldən miniklə cəmi 20 dəqiqəlik məsafadədir.
Xəzər dənizinin neft paytaxtı kimi tanınan və həqiqətən çoxmillətli şəhər olan Bakı “FOUR SEASONS” oteli – Xəzər dənizinin sahilində, İçərişəhərdən bir neçə addımlıq məsafədə yerləşən əsl memarlıq incisi ilə fəxr edə bilər.