Bakı Enerji Forumu 2024
Auditoriya • Konfrans
5-6 iyun 2024-cü il tarixində Bakı Konqres Mərkəzində ənənəvi "Caspian Oil & Gas" konfransının missiyasını daha geniş çərçivədə yerinə yetirən 29-cu Bakı Enerji Forumu keçirildi.
Tədbir iki gün ərzində misilsiz sahə təcrübəsi əldə etmək üçün enerji sahəsində qlobal liderləri, fikir liderlərini və yenilikçiləri bir araya topladı. Azərbaycanla yanaşı, tədbirdə ABŞ, Avstraliya, Böyük Britaniya, Bolqarıstan, BƏƏ, Çin, Əlcəzair, Fransa, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Yaponiya, Almaniya və digər bir sıra ölkələrdən olan şirkətlər iştirak etdilər. Qeyd edək ki, forumda 600-dən çox nümayəndə iştirak etmişdir.
Forum çərçivəsində Azərbaycanın xarici tərəfdaşlarla sıx əməkdaşlığı, mövcud və yeni investorlarla yeni və perspektiv layihələr üzrə müzakirələr, ekspert proqnozları, Azərbaycanda enerji resurslarının işlənməsi, yeni yol xəritələri, neft və qaz hasilatı üçün yeni imkanlar və digər aktual məsələlər müzakirə olundu.
Forum çərçivəsində “Enerji təhlükəsizliyi və davamlılıq naminə beynəlxalq əməkdaşlıq”, “Dayanıqlı enerji potensialın açılması: Xəzər regionunda yaşıl enerji potensialı”, “Beynəlxalq qaz təchizatı” mövzularında plenar panellər keçirilib.