Bakı Enerji Forumu 2025
3 iyun
2025
4 iyun
2025

Bakı Enerji Forumu 2025

AuditoriyaKonfrans

İyunun 3-4-də 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində enerji sənayesinin əsas çağırışlarını və perspektivlərini müzakirə etmək üçün 30-cu Yubiley Bakı Enerji Forumu keçirilib.

Bakı Enerji Forumu enerji sənayesinin əsas çağırışlarını və perspektivlərini müzakirə etmək üçün əhəmiyyətli bir platformadır və burada industriyanın əsas iştirakçıları, dünya miqyasındakı aparıcı mütəxəssisləri, investorları və biznes nümayəndələri strateji dialoq üçün bir araya gəlirlər. Bu il forumun diqqət mərkəzində dayanan mövzular arasında "Dayanıqlı enerji sənayesinin inkişafı", "Sektorun rəqəmsallaşması", "Azərbaycanda yaşıl layihələr və investisiya potensialı", "Dekarbonizasiyaya yönəlmiş innovativ həllər", "Neft və qaz hasilatı" və s. disskusiyalar aparılıb. Bu müzakirələr qlobal enerjinin transformasiyası üçün istiqamət müəyyən edib və onun gələcəyini müəyyənləşdirib.

Bakı Enerji Forumu enerji ilə bağlı aktual məsələlərin müzakirə olunduğu aparıcı bir platformadır və bu məsələlər həm Azərbaycanı, həm də bütün Xəzər bölgəsini əhatə edir. Tədbir, sahə liderlərini, dövlət qurumlarının nümayəndələrini və özəl sektoru bir araya gətirərək peşəkar dialoq və biznes əlaqələrinin genişlənməsi üçün unikal imkanlar yaradır. Burada enerji sənayesinin gələcəyinə dair gündəm formalaşdırılır, strateji təşəbbüslər və əsas inkişaf meylləri müzakirə olunur.