“GəncVİZYON” İdeyatonun 1-cİ mərhələsİ
4 fevral
2026

“GəncVİZYON” İdeyatonun 1-cİ mərhələsİ

A6+A7Konfrans

4 Fevral 2026-cı il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonun 1-ci mərhələsi baş tutub.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı və “Nar”ın tərəfdaşlığı ilə keçirilən ideyaton gənclərin analitik düşüncə qabiliyyətini, sosial baxışını və strateji yanaşmalarını ön plana çıxarıb. Bu təşəbbüs gənclərə real problemlərə kreativ və davamlı həllər təqdim etmək imkanı yaradıb.

Ümumilikdə 400-dən çox müraciət arasından seçilmiş 240 gənc 40 komanda daxilində mentorların dəstəyi ilə 5 əsas istiqamət üzrə layihə ideyaları hazırlayaraq təqdim ediblər. Komandalar gələcəyə yönəlik problemlərə innovativ yanaşmalarını nümayiş etdiriblər.