Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə keçid
2 oktyabr
2025
3 oktyabr
2025

Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə keçid

A3+A4Konfrans

2–3 oktyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə keçid” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib.

IDEA və Caspisnet elmi şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi 10-dan çox ölkədən olan dəniz ekologiyası, akvakultura, hidrologiya, coğrafi informasiya sistemləri və digər əlaqəli sahələr üzrə alim və ekspertləri bir araya gətirərək Xəzər dənizinin səviyyə dəyişiklikləri, biomüxtəlifliyi və ekoloji tarazlığın qorunması ilə bağlı fikir mübadiləsi aparmaq və birgə həll yollarını müzakirə etməkdir.

Konfransda çıxış edən COP29 Prezidenti, BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və müxtəlif ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin nümayəndələri Xəzər dənizinin mühafizəsi üzrə regional əməkdaşlıq imkanları, su ehtiyatlarının idarə olunması və beynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi məsələlərini müzakirə ediblər.