11
dekabr 2023
Rıfat Yüzüak
Auditoriya • Konfrans
Dekabrın 11-də Bakı Konqres Mərkəzində Türkiyənin məşhur vizajisti Rifat Yüzuakın masterklası keçirilib.
Ajda Pekkan, Serenay Sarıkaya, Fahriye Evcen və bir çox digər məşhurların vizajisti olan Rıfat Yüzüak, onun işini simvollaşdıran makiyaj sirlərinə öyrədərək, 2 fərqli makiyaj görüntüsünü nümayiş etdirib.
Selma Çiçəkdal və Rıfat Yüzüak makiyaj haqqında danışıblar, masterklasın iştirakçıları sual verərək onlara qoşula biliblər. Rifat Yüzüak özünəməxsus texnikalarını nümayiş etdirərək gözəllik sənayesində uzun illər təcrübəsi haqqında da bölüşüb. Masterklasa xüsusi qonaq qismində iştirakçılarla yanaşı, məşhur influencerlər və vizajistlər dəvət olunub.