Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Türkiyə universitetlərindən məzun olan Azərbaycan vətəndaşlarını Nəsimi yaradıcılığının və mədəni irsimizin təbliği ilə bağlı bir araya gətirmək, gələcək hədəfləri müzakirə etməkdir.
Forumda müxtəlif illərdə qardaş ölkədə təhsil almış azərbaycanlı məzunlar, Azərbaycanın və Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.