Youth Cyber Security Forum 2025
23 aprel
2025

Youth Cyber Security Forum 2025

B3Konfrans

23 Aprel 2025-ci il tarixində Bakı Konqres Mərkəzində “Youth Cybersecurity Forum 2025” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Gənclər Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilib. Forumda, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev, ATGTİ-nin sədri Rəşad Zeynalov açılış nitqi ilə çıxış ediblər. Forumun əsas məqsədi gəncləri kibertəhlükələrə qarşı maarifləndirmək, onların rəqəmsal mühitdə təhlükəsizliyini gücləndirmək, ölkəmizdə kibermədəniyyətin inkişafına töhfə vermək, yeni texnologiyalarla tanış etmək və bu sahədə milli potensialın artırılmasına dəstək olmaqdır.